Xəbərlər

Hörmətli oxucularımız! Sizə “Finansist” jurnalının iyun buraxılışını təqdim edirik. “Finansist” komandası olaraq Sizə daim pozitiv əhval-ruhiyyə bəxş etməyə, maraqlı və faydalı məlumatlar təqdim etməyə çalışırıq. İyun ayının adı Romanın panteon ilahəsi sayılan "Yunona"nın adı ilə bağlıdır. O, evlilik və qadınların gözəl rifahı kimi simvolizə edilir. Başqa bir versiyaya görə, ay öz adını latınca "gənclər" mənasını verən "iuniores" sözündən...

Hörmətli oxucularımız! Ənənəyə sadiq qalaraq, hər ay olduğu kimi, yenə də maraqlı mövzular və rubrikalarla “Finansist” jurnalının növbəti – may buraxılışında Sizləri salamlayırıq. May ayının adı Roma tanrısı Mayyadan götürülüb. Qədimdə may ayında kənd əhalisinin işi çox idi, ona görə ki, yazın axırlarında əkin mövsümü olurdu, bu vaxt bütün kənd tarlaya gedirdi və bu ay ərzində toylar və şənliklər keçirilməyə vaxt ayırmaq mümkün deyildi. Hazırda...

Hörmətli oxucularımız! Sizi jurnalımızın növbəti buraxılışında salamlayırıq! Aprel ayının adı, qədimdən qələn məlumatlara əsasən, aperire - “açmaq” latın felindəndir, çünki bu ayda bahar fəsli başlayır, ağaclar və bitkilər çiçəklənir. Başqa bir versiyaya görə, ayın adı latın apricus – “günəşlə isinmiş” sözündən əmələ gəlib. Aprel ayı gözəllik və bahar ilahəsi olan Afrodita ilahəsinin adına da bağlıdır. Unutmaq olmaz ki, Azərbaycan ordusunun...

Hörmətli oxucularımız! Bahar təravətli martda yenidən Sizləri salamlayıram. Təbiətin və insanların ruhunun yeniləndiyi baharda oxucularımıza maraqlı rubrikalarla bol jurnal hazırlamışıq. Mart ayı Yuli Sezarın təqvim islahatından əvvəl Qədim Romada ilin birinci ayı sayılırdı. Romada mart ayının adı, Roma müharibə tanrısı olan “Martius” idi. İqlimi nisbətən mülayim olan qədim Romada mart ayı yazın ilk ayı olaraq, əkin işlərinin başlanğıcı üçün...

Hörmətli oxucularımız! Ənənəyə sadiq qalaraq hər ay olduğu kimi, yenə də maraqlı mövzular və rubrikalarla “Finansist” jurnalının növbəti – fevral buraxılışını Sizə təqdim edirik. Fevral ayının adı etruskların yeraltı dünyasının tanrısı “Februussadan” gəlir və “təmizlənmə ayinlər”i ilə əlaqələndirilir. Fevral ayı ilin ən qısa ayı olaraq 28 gündən (uzun illərdə 29 gündən) ibarətdir. Eramızdan əvvəl I yüzillikdə Roma hökmdarı Yuli Sezar...

Hörmətli oxucularımız! Qışın ilk ayında yenidən Sizləri salamlayaraq, “Finansist” komandası olaraq artıq 9-cu yeni ili Sizinlə birgə qeyd etməkdən məmnunluq duyuruq. Həm Azərbaycan, həm də dünya üçün bir çox yeniliklər, geyri-adı və maraqlı hadisələr, cətinliklərlə bol olan 2021-ci il hər birimizin həyatında özünəməxsus izlər qoydu. Qeyd etmək istəyirəm ki, yanvar ayı adını Romanın başlanğıc, giriş, zaman Tanrısı olan Yanus-un adından...

İlin yekunu: biz hədəflərə doğru uğurlu addımlarla irəliləyirik Ömrümüzdən daha bir il ötdü. Düz otuz il həsrətində olduğumuz doğma yurd yerlərimizə böyük qayıdışı yaşadan bir il! Vətən həsrətinə son qoyan bu ili qürur və fəxr hissi ilə yaşadıq. Çətin və şərəfli qələbənin bir ilini yaşadığımız bu müddət bizim üçün bir göz qırpımında keçib. Zəfər ilinin hər günündə viran qalan obalarımızı qurub – yaratmaqla bütün dünyaya göstərdik ki, bu...

Əziz oxucularımız! Sizi jurnalımızın noyabr nömrəsində salamlayırıq! Jurnalımızın bu nömrəsində də maraqlı məqalələr, o cümlədən maliyyə alətləri haqqında MHBS 9 standartının xüsusiyyətləri, IFRS məsələ, peşəkar mühasiblərin etika kodeksində istifadə edilən anlayışlar və digər mövzular diqqətinizə təqdim edilib....

Əziz oxucularımız, Jurnalımızın bu nömrəsi üçün hazırladığımız xəbərlər və məqalələr barədə məlumat vermək istəyirik. Böyük qürur hissi ilə qeyd etmək istəyirik ki, oktyabr ayının 15-17-də tarixi diyarımız Naxçıvanda Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı, Avropa və Asiya ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin iştirakı ilə beynəlxalq...

Əziz oxucularımız, Jurnalımızın səhifələrində mütamadi olaraq APFM üzvlərinin məqalələri və müsahibələri dərc edilir. Bu məqalələrdə təcrübəli mütəxəssislər maliyyə mövzuları haqqında öz fikirləri və tövsiyələri ilə Sizinlə bölüşür. İlk addımlarını atan gənc maliyyəçilərimiz üçün bu çox vacibdir, çünki onlar müzakirələrə qoşularaq öz yanaşmalarını, öz baxışlarını formalaşdırmış olurlar. Bu nömrəmizdə müsahibimiz "Azərbaycan Sənaye...