Tərəfdaşlar
EFAA
Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası Avropanın Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) üzvüdü.
Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası da 2016-cı il mart ayından etibarən EFAA –ya , bu nüfuzlu təşkilata üzvlüyə qəbul olunmuşdur.
EFAA 1994-cü ildə yaradılaraq Avropa İttifaqı, bütövlükdə Avropada kiçik və orta ölçülü müəssisələrə peşəkar xidmət göstərən fərdi üzvləri olan milli mühasib və auditorlar təşkilatlarını özündə birləşdirən vahid təşkilatdır. EFAA-nın Avropa üzrə 320 mindən çox mühasib və auditorun təmsil olunduğu 17 üzvü var. Hazırki prezidenti Bodo Richarddır.
Bu gün Assosiasiyanın beynəlxalq əlaqələri və əhatə dairəsi genişlənməkdədir. Bu isə respublikamızda təcrübəli mütəxəssislərin artmasına, dünya miqyasında tanınmasına, gənc kadrların beynəlxalq səviyyədə hazırlanması istiqamətində aparılan işlərin uğurla davam etdirilməsinə böyük bir töhfədi.
ƏLAQƏ
Telefon: +32 (0)2 736 88 86
E-mail : info@efaa.com;
Web sayt: http://www.efaa.com
Ünvan: Rue Jacques de Lalaing,4B-1040 Brussels Belgium
ICFM
Institute of Certified Financial Managers (ICFM) dünyanın ən iri mühasibat təşkilatı olan ICB Global və Kommersiya İnstitutu (Institute of Commerce) tərəfindən yaradılmışdır. Britaniya Kral ailəsinin nümayəndəsi - Zati Aliləri Prins Maykl Kent - İCFM-in patronu elan edilmişdir. İCFM kvalifikasiyaları demək olar ki bütün inkişaf etmiş ölkələrdə təqdim olunur (95 ölkə) Baş ofis Londonda yerləşir.
İnstitutun mütəxəssisləri tərəfindən hazırlanmış proqramlar biznesdə təkcə bu günki deyil sabahın da yüksək standartlarına və tələblərinə cavab verir.
İCFM rəsmi olaraq Böyük Britaniyanın Xəzinədarlığı tərəfindən tanınır, Heraldiki Kral evinin qerbinin istifadəsinə rəsmi icazəsi var. İCFM-in sədrləri kiçik və orta biznes üçün Parlament Qrupunun müşaviridir.
İCFM proqramları Avropanın bir çox ölkələrində, Avstraliyada, Yeni Zelandiyada, Filippində rəsmi dövlət imtahanları siyahısına salınmışdır. Diplom almış mütəxəssislərin sayı hər il 3000 nəfərə çatır. İCFM-in kvalifikasiyaları milli dövlət qurumları tərəfindən tanınmaqda davam edir.
Azərbaycanda İCFM-in "Professional Maliyyə Meneceri" proqramı üzrə tədris və imtahanlar keçirilir. Proqram 3 modulu əhatə edir.