Metodoloji mərkəz
2010-cu ildə APFM-in tədris mərkəzində metodoloji mərkəz yaradılmış və bu mərkəz birbaşa Sertifikatlaşmış Maliyyə Menecerləri İnstitutunun MDB üzrə şəbəkəsinə qoşulmuşdur. Metodoloji mərkəz tədris proqramlarının işlənib hazırlanmasını, tədris vəsaitlərinin Azərbaycan dilinə tərcüməsini, tədris prosesinə nəzarəti həyata keçirir. Hazırda tədris və imtahanlar inglis, rus və azərbaycan dillərində keçirilir. Hər il London və ya digər MDB ölkələrində bütün ölkələrin koordinatorlarının və metodistlərinin cəmləşdiyi konfrans keçirilir, tədris sistemində, proqramlarda yaranan yeniliklər müzakirə olunur. Mərkəzin metodistləri də bu yenilikləri sonradan öz təcrübələrində istifadə edirlər və beləliklə dinləyicilərə yeniləşdirilmiş tədris vəsaitləri təqdim olunur.