Haqqımızda
Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM)- Peşəkar Mühasib Təşkilatı

Azərbaycan iqtisadiyyatının dinamik inkişafı bu gün Respublikamıza artan marağın əsasını təşkil edir. Artan inkişaf tempində yeni birlik və təşkilatların yaranması zamanın tələbidir. Bu tələbdən yaranan Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) ictimai təşkilat kimi 2007-ci ildə təsis olunmuşdur. Yarandığı gündən etibarən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidlə bağlı layihələrdə fəal iştirak etmiş, geniş təcrübə toplamış, hazırda ölkədə öndə gedən və beynəlxalq akkreditasiyalara malik olan peşəkar qurum kimi fəaliyyətini uğurla davam etdirir.

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası - üzvləri peşəkar mühasiblərdən ibarət olan və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 26 avqust 2019-cu il tarixli, q-01 saylı Qərarına əsasən "Peşəkar mühasib təşkilatı” kimi akkreditasiya olunmuş peşəkar mühasib təşkilatıdır.
"Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun qüvvəyə minməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2018-ci il tarixli Fərmanına əsasən müvafiq qanunun tətbiqi ilə bağlı peşəkar mühasib təşkilatı kimi APFM tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Qanunun tələblərindən irəli gələrək, mühasiblərin peşəkar mühasib sertifikatının əldə etməsinin və peşəkar təşkilata üzv olmasının zəruriliyi peşəkar mühasib təşkilatı olaraq apardığımız maarifləndirici tədbirlərin əhəmiyyətini daha da ön plana çəkir və fəaliyyətimizin bu istiqamətdə genişləndirilməsini labüd edir.
APFM -Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerləri İnstitutu (ICFM, Institute of Certified Financial Managers UK, www.icfmglobal.com) və Sertifikatlı Mühasiblər İnstitutunun (The Institute of Certified Bookkeepers ICB UK, www.bookkeepers.org.uk) Azərbaycanda rəsmi nümayəndəsi kimi fəaliyyət göstərən və beynəlxalq kvalifikasiyalar üzrə təlimlər və imtahanlar təşkil edən peşəkar qurumdur.

2013-cü ildən başlayaraq Assosiasiya təsis etdiyi "FİNANSİST” jurnalının nəşrinə başlamışdır. "Finansist” iqtisadiyyat, mühasibat uçotu və audit, maliyyə menecmenti sahəsinin mutəxəssisləri üçün nəzərdə tutulmuş, muasir dövrdə iqtisadi və maliyyə həyatının mühüm hadisələrindən, uğurlu şirkətlərdən, görkəmli şəxsiyyətlərdən və nüfuzlu simalardan bəhs edən tematik və ixtisaslaşdırılmış aylıq nəşrdir.

2014-cü ildən etibarən beynəlxalq təcrübəyə əsaslanan peşəkar üzvlük proqramları təqdim edir.

2016-cı ildən etibarən Avropanın 320 000 mühasib və auditorunu cəmləşdirən Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) həqiqi üzvüdür.
APFM-mükəmməl təşkilati struktura və təcrübəli mütəxəsislər bazasına (6 tənzimləyici Komitə, Beynəlxalq Sertifikasiya Mərkəzi, təlimçi və metodist heyəti və Ekspert Qrupu) malikdir. APFM ekspertləri həmçinin EFAA Mühasibatlıq üzrə (Accounting EG) ekspert qrupunun üzvüdür.

APFM -Mühasiblərin və Auditorların Avrasiya Forumunun Azərbaycanda rəsmi koordinatorudur və 2007-ci ildən etibarən 7 forumun təşkilatçısı olmuşdur.

Assosiasiyanın Tədris Mərkəzləri şəbəkəsi həm Bakıda həm də regionlarda geniş fəaliyyət göstərir. APFM tərəfindən akkreditasiya olunmuş tədris mərkəzləri maliyyə, vergi, mühasibatlıq, idarəetmə sahəsində beynəlxalq statusa malik olan uzunmüddətli təlim kursları, qısamüddətli treninqlər və beynəlxalq mühasibat uçotunun tətbiqi üzrə məsləhətçi xidmətləri təqdim edir.

Assosiasiya seminar və treninqlərin yüksək səviyyədə aparılması üçün beynəlxalq standartlara cavab verən texniki avadanlıqlarla təchiz edilmiş auditoriyalara malikdir.

Assosiasiyanın üzvləri yüksək ixtisaslı mütəxəssislər, peşəkar mühasiblərdir. Onlar maliyyə, mühasibatlıq, idarətmə sahəsində çalışır, yeni istedadlı menecerlər nəslini artırır, xüsusi biznes mədəniyyəti, peşəkar biznes dili formalaşdırır, onların yaratdığı xoş mühit professional ünsiyyət dairəsini genişləndirir və biznesin inkişafına təkan verir.

APFM müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Auditorlar Palatası, Dövlət İmtahan Mərkəzi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə aparılan mütəmadi görüşlər keçirilir və tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlıq istiqamətləri müəyyən edilir, təcrübə mübadiləsi, qanunvericiliyə dəyişikliklərin edilməsi üzrə məsləhətləşmələr aparılır. Həmçinin Memorandum çərçivəsində təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq maliyyə-mühasibatlıq sahəsində çalışan mütəxəssislərin iqtisadi biliklərinin artırılması, maarifləndirilməsi məqsədilə Bakıda və regionlarda birgə konfrans, forum, seminar və dəyirmi masalar təşkil olunur.

APFM yeni istiqamətdə, yeni layihələrdə, yeni axtarışlarda gərəkli, dəyərli, praktik və lazımlı olduğunu göstərməyi hər zaman bacarır. Beynəlxalq səviyyədə qazandığı yüksək mükafatlar bunu bir daha sübut edir. APFM –in Respublika iqtisadiyyatının uğurlu inkişafı üçün bundan sonra da yüksək tələblərə cavab verəcək fəaliyyətinə əminliklə inanırıq. Bu inamla da aydın sabahlara addımlayırıq.