Xəbərlər
İyun 2022
Hörmətli oxucularımız!
Sizə “Finansist” jurnalının iyun buraxılışını təqdim edirik. “Finansist” komandası olaraq Sizə daim pozitiv əhval-ruhiyyə bəxş etməyə, maraqlı və faydalı məlumatlar təqdim etməyə çalışırıq. İyun ayının adı Romanın panteon ilahəsi sayılan "Yunona"nın adı ilə bağlıdır. O, evlilik və qadınların gözəl rifahı kimi simvolizə edilir. Başqa bir versiyaya görə, ay öz adını latınca "gənclər" mənasını verən "iuniores" sözündən almışdır. Bəzi tarixçilər bu ayın adını Romanın məşhur konsulu Lusius Junius Brutusun şərəfinə verdiyini düşünürlər.

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərfl ərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Bu buraxılışımızda Siz APFM-in üzvü olan “Peşəkar mühasib” Dilşad xanım ilə maraqlı müsahibə, Namiq müəllimin “Maddi aktivlərə qoyulan investisiyanın təsnifatı və onların tanınma meyarları” ilə bağlı mütəxəssis rəyi, APFM-in “Peşəkar mühasibləri”, “Tarixdə silinməz iz qoyan xanımlar” və digər məqalələr ilə tanış olacaqsınız. Fürsətdən istifadə edərək isti yay günlərində hər birinizə gözəl, səmərəli istirahət və gümrah əhval-ruhiyyə arzulayırıq!

Hörmətlə,
Baş redaktor
Sevinc Lütfəliyeva