Xəbərlər

16 may 2014-cü il tarixində Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının IBS tədris mərkəzinin satiş menecmenti üzrə təlimçisi Ənvər Həsənov Excelsior mehmanxanasında ATA Holding-in əməkdaşları üçün modern satış üzrə təlim (Master class-Ustad dərsi) keçirdi. 3 saat davam edən təlimdə təmsilçi etiketi, bədən dili, müştəri məmnuniyyəti və müştərinin naraziliğinin dəf edilməsi mövzularına toxunuldu və keçirilən təlim diskussiya...

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İnfosystem - LINK tədris mərkəzində məzunlara diplomlar təqdim edilib. Mərasimdə bildirilib ki, məzunlara kurs zamanı IAB beynəlxalq mühasibat uçotu “Level 2”, “Level 3”, “Level 4”, “DİP İFR AZ” proqramları tədris olunub. Proqramın təlimçiləri çıxışlarında təhsil prosesi haqda danışaraq, məzunları təbrik ediblər. Çıxış edənlər bildiriblər ki, tədris olunan proqramlar işgüzar...

22 noyabr 2013-ci ildə Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının prezidenti Nuriyyə Novruzova Infosystem-LINK tədris mərkəzində IAB Level 3, Beynəlxalq mühasibat uçotu, ICFM - IFRS və Daxili audit proqramlarının məzunlarına diplomlar təqdim edib. Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının və Böyük Britaniya İnstitutlarının uğurlu əməkdaşlığı sayəsində yüzlərlə mütəxəssis yüksək keyfiyyətli təhsil alaraq öz...

Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) rəsmi tədris mərkəzi Infosystem-link peşəkar kadr hazırlığı prosesini davam etdirir və növbəti təlimlər uğurla başa çatmış, bir qrup tələbə Böyük Britaniyanın Beynəlxalq Mühasiblər Assosiasiyasının və Sertifikatlaşmış Maliyyə Menecerləri İnstitutunun Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Beynəlxalq mühasibat uçotu, Maliyyə menecmenti və Daxili audit proqramları üzrə Bakı...

Azərbaycanda beynəlxalq biznes tədrisi üzrə ilk peşəkar menecment diplomlarının təqdimatı 23 aprel 2103-cü il tarixində APFM tədris mərkəzində Böyük Britaniyanın Açıq Universitetinin Biznes Məktəbinin “Professional Diploma in Management” proqramı üzrə tədris keçmiş ilk məzunlar diplomlarla təltif olundu. Tədbirdə Beynəlxalq Menecment İnstitutunun müəllim və inzibati heyəti iştirak edirdi. Beynəlxalq Menecment İnstitutu- LİNK Beynəlxalq Tədris...

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Tədris Mərkəzi və Azərbaycan Respublikası Professional Maliyyə Menecerləri Assosiasiyasının İnfosistem-Link tədris mərkəzi arasında Əməkdaşlıq haqqında Memorandum imzalandı. Bu memorandum Maliyyə Nazirliyinin tədris mərkəzi ilə Professional Maliyyə Menecerləri Assosiasiyasının İnfosistem-Link tədris mərkəzi arasında Azərbaycan Respublikasının Qanunun tətbiqi ilə əlaqədar mühasibat və maliyyə...

Infosystem-link kadr hazırlığı prosesini davam etdirir və növbəti təlimlər uğurla başa çatmış və bir qrup tələbə MHBS, FM, Professional menecment üzrə kursları müvəffəqiyyətlə başa vurmuş və imtahanlarda yüksək nəticələr göstərərək diplomlarla təltif olunmuşlar . Təqdimat mərasimində əməkdaşlarının bu uğuruna sevinən AZƏRSU, SOCAR, Encotek, AZERSUN və s. şirkətlərin nümayəndələri qeyd etdilər ki , menecment və maliyyə sahəsində beynəlxalq ...

07 sentyabr 2012-ci il tarixində Infosystem-link tədris mərkəzində növbəti – ixtisas artırma üzrə “Açıq qapı” tədbiri keçirildi. Tədbirə Azərbycanda fəaliyyər göstərən bütün iri müəssisələrin baş mühasibləri, maliyyə direktorları, kadr şöbəsinin rəhbərləri dəvət olunmuşdu. Həmçinin bu mərasimdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tədris mərkəzinin direktoru Elman Hüseynov da işrirak edirdi. Qeyd edək ki Elman Hüseynov Beynəlxalq...

Azərsu ASC-nin əməkdaşları üçün təşkil olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə tədris kursu 2012-ci il mart ayında başa çatmış və imtahanın nəticələti artıq məlumdur, iştirakçılardan 3-ü – İdarə aparatın Mühasibat uçotu və hesabatı şöbəsinin mühasibi Sevinc Hüseynova, Oğuz Qəbələ Bakı Su Kəmərləri idarəsinin baş mühasibi Fazil Bayramov və Sukanal Elmi Tədqiqat və Layihə İnstitutunun baş mühasibi Bəhram Abdullayev bu proqramı...

Tədris mərkəzində yanvar-may 2012 sessiyası üzrə Beynəlxalq Mühasiblər Assosiasiyasının “Beynəlxalq Mühasibat Uçotu” tədris proqramı üzrə tədris başa çatdı və 5-6 iyun 2012 tarixində 50 nəfərə yaxın dinləyici üçün Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Akademik H.Əliyev 135 ünvanında yerləşən 2 saylı tədris binasında beynəlxalq qaydalara əsasən mərkəzləşmiş qaydada imtahanlar keçirildi. İmtahanların yüsək səviyyədə keçirilməsində...