Finansistin 2017 Fevral buraxılışında diqqətinizə alıcıları, istehlakçıları və müştəriləri fərqləndirən xüsusiyyətlər barədə (Marketinq rubrikası), İRİO-nun siyasi vəzifələri haqqında (HR Menecment rubrikası), Azərbaycanın tarixi abidələri haqqında (My Azerbaijan rubrikası) və digər faydalı məlumatları təqdim edirik.
Bildiyiniz kimi, bu il biz “Vergi sistemləri” rubrikasında bir gədər dəyişiklik edərək müxtəlif ölkələrin tətbiq etdikləri iqtisadiyyata təsir mexanizmlərini təhlil və müqayisə etmək qərarına gəldik. Məsələn, bu nömrəmizdə iqtisadiyyata təsir mexanizmlərindən hesab edilən fiskal və monetar siyasətinin özəllikləri müzakirə olunur.
Əziz oxucularımız, ümid edirik ki, Siz də bu cür müzakirələrdə fəal iştirak edəcəksiniz. “FİNANSİST”də rubrikaların yenilənməsi daim aparılacaq və burada əsas üstünlük Sizin maraqlarınız və arzularınızdır!