Mütəxəssislər hesab edirlər ki, yaxın gələcəkdə mövcud peşələrin əvəzinə tamamilə yeni, daha mütərəqqi peşələr ortaya çıxacaq. Bu səbəbdən özlərinə ixtisas seçən məktəb məzunları hər bir peşənin bütün müsbət və mənfi cəhətlərini diqqətlə öyrənir, gələcəkdə iş perspektivlərinə diqqət yetirməyi unutmurlar. Bəs mühasib peşəsinin gələcəyi haqqında nə demək olar? Bu sual barədə öz fikirlərini Azərbaycan Dövlət Neft Fondunun Mühasibat uçotu və hesabatı departamentinin direktoru - baş mühasib, APFM-in Təhsil Komitəsinin üzvü Sevinc xanım Lütfəliyevanın “Mühasibatlıq gələcəkdə” adlı məqaləsində Sizinlə bölüşür. Ümid edirik ki, məqalə Sizə maraqlı və faydalı olacaq