Əziz oxucularımız!
Bildiyiniz kimi, EY şirkəti artıq ikinci ildir ki, Azərbaycanda “İlin İş Adamı” müsabiqəsini keçirir. Beynəlxalq miqyasda ən nüfuzlu biznes mükafatlandırma proqramlarından biri olan bu müsabiqə cəmiyyətə və iqtisadiyyata müsbət təsir göstərən sahibkarları və onların töhfəsini tanıyır. Jurnalımızın “Müsahibə” rubrikasında müsabiqənin müstəqil münsiflər heyətinin üzvü, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə nümayəndəliyin rəhbəri İvana Duartenin müsabiqədəki iştirakı barəsində fikirləri dərc edilib.
Jurnalımızın digər rubrikalarında Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə 2021-ci il üçün edilən dəyişikliklər, statistik müşahidələr, əmək potensialı, Keynsin məhşur “İstehlak nəzəriyyəsi” və digər maliyyə mövzuları ilə bağlı müzakirələr və nümunələr dərc edilib. Sizi də bu cür müzakirələrə dəvət edirik. Maliyyə sahəsinə aid məqalələrinizi böyük məmnuniyyətlə redaksiyamızda gözləyirik.