Xəbərlər
Hörmətli APFM üzvləri,
Məlumunuz olduğu kimi, may ayının 9-da APFM və Moldovanın Sertifikatlaşmış Mühasiblər və Auditorlar Assosiasiyası (ACAP) Azərbaycan və Moldova mühasiblərini, maliyyə mütəxəssislərini virtual məkanda bir araya gətirərək “Şirkətin maliyyə vəziyyətinin diaqnostikası - böhranı aradan qaldırmağın başlanğıc mərhələsi” mövzusunda birgə vebinar təqdim etdilər. İki təşkilatın əməkdaşlıq tarixində ilk dəfə olaraq maliyyə mütəxəssisləri üçün virtual məkanda birgə vebinar təqdim olundu. Vebinardan sonra xanım Georgeta Covaliov Rusu Finansist jurnalına müsahibə verdi, təşkil olunmuş vebinarda müzakirə olunan mövzu və Assosiasiyalarımızın birgə fəaliyyət perspektivləri ilə bağlı suallarımızı cavablandırdı. Müsahibənin mətni ilə “APFM səhifəsi” rubrikasında tanış ola bilərsiniz.

10 may 2020
10 may 2020