Əziz APFM-çilər!
Cari 2020-ci il üçün tədbirlər planımız hazırdır və bu plan çərçivəsində üzvlərimizlə görüşlərimiz artıq başlayıb. Sizin hər birinizi Assosiasiyamızın və jurnalımızın tədbirlərində aktiv iştirak etməyə dəvət edirik! Buyurun, gəlin, jurnalımızın və Assosiasiasiyamızın qapıları Sizin üçün hər zaman açıqdır.
Qeyd etmək istərdik ki, üzvlərimizin sayı ildən ilə artır və sevindirici hal odur ki, yeni üzvlərimiz tədbirlərimizə və təşəbbüslərimizə fəal qoşulurlar.
Belə ki, APFM-in yeni üzvlərindən olan Nigar xanım Gülmaliyeva Azərbaycan Beynəlxalq Bankının departament müdiri, Azərbaycan Banklar Assosiasiyasının ekspert qrupunun üzvüdür. Ticarətin maliyyələşdirilməsi və sənədləşdirmə əməliyyatları sahəsində uzun müddət çalışan Nigar xanım bu sahənin mütəxəssisi kimi praktik nümunələr vasitəsi ilə jurnalımızın oxucularına bank əməliyatlarının bəzi çətin məsələlərini izah etməyi təklif etdi. Qeyd etməliyik ki, jurnalımızın ötən nömrələrində biz bank işinin əsasları barədə ətraflı məlumat vermişik, bir kurs həcmində tədris materialını oxucularımızın diqqətinə təqdim etmişik. Əminik ki, bank əməliyyatlarının praktiki nümunələri ilə tanış olmaq oxucularımıza, tələbələrimizə və gənc mütəxəssislərimizə maraqlı və faydalı olacaq. Etdiyi təklifə görə Nigar xanıma Assosiasiyamızın üzvləri və jurnalımızın kollektivi adından dərin təşəkkürümüzü bildiririk və Ona yeni fəaliyyətində uğurlar arzu edirik!