Finansistin mart buraxılışının IFRS rubrikası: MHBS haqqında ilk təqdimat MUBS (IAS) 1 «Maliyyə hesabatlarının təqdimatı». Müəssisə bu standartı 1 Yanvar 2009-cu ildə və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün yaxud 2011-ci ilin iyununda yenidən nəzərdən keçirildikdən sonra tətbiq etməlidir. Bu standart həm əvvəlki dövrlər üzrə maliyyə hesabatları, həm də digər müəssisələrin maliyyə hesabatları ilə uyğunluğa təminat vermək üçün ümumi məqsədli maliyyə hesabatlarının təqimatı üzrə əsas yaradır. Bu standart maliyyə hesabatlarının təqdimatı üzrə ümumi tələbləri, onların strukturları üçün təlimatları və məzmunları üçün minimum tələbləri müəyyənləşdirir. 6 may 2010-cu il tarixində cari öhdəliklər üzrə əlavələr dərc edilmişdir. Bu əlavələr 1 yanvar 2011-ci il tarixindən tətbiq edilmişdir. 16 iyun 2011-ci il tarixində digər ümumi gəlirlər haqqında əlavələr dərc edilmiş və bu əlavələr 2012-ci ilin iyun ayından tətbiq edilmişdir. 17 may 2012-ci il müqayisəli məlumatlar üzrə əlavələr dərc edilmiş və onlar 1 yanvar 2013-cü ildən tətbiq edilmişdir. 18 dekabr 2014-cü il tarixində məlumatların açıqlanması üzrə yeni tələblər açıqlanmışdır və bu tələblər 1 yanvar 2016-cı il tarixində tətbiq edilmişdir.
MUBS (IAS) 2 «Ehtiyatlar». Standart 1993-cü ildə qüvvəyə minmiş, 2003-cü ilin dekabrında yenidən işlənmişdir. Bu standartın məqsədlərinə aşağıdakılar daxildir: ehtiyatların qiymətləndirilməsi – ehtiyatlar aşağı dəyərlə və ya xalis satış dəyəri ilə qiymətləndirilməlidir; dəyəri, ehtiyatları hazırkı vəziyyətinə və yerinə çatdırmaq üçün çəkilmiş bütün müvafiq xərclər təşkil edir; uyğunluq prinsipindən sonra xərc kimi tanınan ehtiyatların dəyəri. Digər açıqlamalara bunlar daxildir: uçot siyasəti; kateqoriya ilə uçota alınmış ehtiyatların məbləği; xalis satış dəyəri ilə uçota alınmış ehtiyatların məbləği. Müəssisələr bu standartı 1 yanvar 2005-ci il və ya ondan sonrakı tarixdə başlayan illik dövrlər üçün tətbiq edir.
MUBS (IAS) 7 «Pul vəsaitlərinin hərəkəti haqqında hesabat». Bu standart 2009-cu ilin aprelində yenidən işlənmişdir. Bu standartın məqsədlərinə aşağıdakılar daxildir: 1 N-li MHBS-da bu hesabat əsas maliyyə hesabatı kimi müəyyənləşdirilir; o, dövr ərzində pul vəsaitlərinin hərəkətini və pul vəsaitlərinin ekvivalentlərini müəyyənləşdirir; pul vəsaitlərinin ekvivalentləri qısa-müddətli, yüksək likvidli investisiyalar kimi müəyyənləşdirilir; hesabat, pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərindəki dəyişiklikləri əməliyyat, investisiya və maliyyə fəaliyyətlərinə uyğun olaraq təsnifləndirməlidir. Bu beynəlxalq maliyyə hesabatı standartı 1 yanvar 2010-cu il və ya sonrakı tarixdə başlayan dövrləri əhatə edən maliyyə hesabatları üzrə qüvvəyə malik olur.
MUBS (IAS) 8 «Uçot siyasəti, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər». 2003-cü ildə yenidən işlənmişdir. Standartın məqsədlərinə aşağıdakılar daxildir: fundamental səhvlərə hər hansı düzəliş əvvəlki dövr üçün düzəlişlər kimi təqdim olunmalıdır; uçot siyasətindəki dəyişikliklər əvvəlki dövr üzrə göstəricilərə retrospektiv şəkildə düzəlişlər edərək təqdim edilməlidir; uçot siyasətindəki dəyişikliklərin səbəbləri və bu dəyişikliklərin tədqiq edilməsi təfsilatlı şəkildə açıqlanmalıdır. Müəssisə bu Standartı 1 yanvar 2005-ci ildə başlayan və ya bu tarixdən sonrakı illik dövlər üçün tətbiq etməlidir.
MUBS (IAS) 10 «Hesabat dövründən sonrakı hadisələr»1999-cu ilin mart ayında MHBS Şurası tərəfindən təsdiq edilmiş, 2003-cü ilin dekbarında yenidən işlənmişdir. Standartın məqsədlərinə aşağıdakılar daxildir: Balans hesabatı tarixindən sonra baş vermiş, lakin balans hesabatı tarixindəki hadisə və şərtlərə istinad edilməli olan maliyyə hesabatlarının tənzimlənməsi; balans hesabatı tarixindən sonra baş verən və balans hesabatı tarixində balans hesabatının elementlərinin vəziyyətinə təsir göstərməyən hadisələrə düzəlişlər edilmir; əgər rəhbərlik balans hesabatı tarixindən sonra müəssisənin ləğv edilməsi və ya fəaliyətlərin dayandırılması haqqında qərar qəbul edirsə, maliyyə hesabatları müəssisənin fəaliyyətinin fasiləsizliyi ehtimalları əsasında hazırlana bilməz. Müəssisə bu Standartı 1 yanvar 2005-ci ildə başlayan və ya bu tarixdən sonrakı illik dövrlər üçün tətbiq etməlidir.
MUBS (IAS) 11 «Tikinti müqavilələri». Standart 1995-ci ilin yanvar ayında qüvvəyə minmiş, 2001-ci ilin aprel ayında yenidən işlənmişdir. Standartın məqsədlərin aşağıdakılar daxildir: müqavilənin icra mərhələsi o zaman tamamlanmış hesab olunmalıdır ki, gəlir və məsrəflər etibarlı şəkildə qiymətləndirilə bilsin; gözlənilən zərər dərhal tanınmalıdır (müəyyənləşdirilməlidir). Açıqlanması tələb olunan digər informasiyalar: müqavilə gəlirlərinin tanınması; Belə gəlirin müəyyənləşdirilməsi üçün səbəblər (əsaslar); yekunlaşmə mərhələsini müəyyənləşdirmək üçün əsas; bunlar daxil olmalıdır: davam edən iş, ümumi xərclər, tanınmış mənfəət və zərərlər, əvvəlcədən ödənişlər (avanslar) və tutulma haqqının qabaqcadan ödənilməsi, eləcə də müqavilə əsasında sifarişçi tərəfindən ödəniləcək öhdəlik (borc). Bu beynəlxalq maliyyə hesabatı standartı 1 yanvar 1995-ci ildə başlayan və bu tarixdən sonranı əhatə edən dövrlərdəki malyyə hesabatları ilə əlaqədar qüvvəyə minib. və 01.01.2018-ci il tarixinədək qüvvədə olub. Həmin tarixdən İFRS 15 standartı ilə əvəz edilib.
MUBS (IAS) 12 «Gəlir vergisi». Bu standart 1 yanvar 1998-ci ildə qüvvəyə minmiş, 2010-cu ilin dekabrında yenidən işlənmişdir. Standartın məqsədlərinə aşağıdakılar daxildir: yığılmış təxirəsalınmış vergi öhdəliyi və müvəqqəti fərqlərin hər növü üçün tələblər; İstifadə olunmayan vergi zərərləri və ya vergi kreditləri toplanılmalıdır ki, imkan yarandıqda həyata keçirilə (istifadə edilə) bilsin; istifadə olunan vergi dərəcəsi müəyyənləşdirilməlidir; kapitalın artımından, gözlənilən dərəcədə yığılmış vergilərdən yaranan gəlirlər (mənfəət).
MUBS (IAS) 16 «Əsas vəsaitlər». Bu standarta sonuncu düzəlişlər 2011-ci ilin may ayında edilmişdir. Standartın məqsədinə aşağıdakılar daxildir: belə aktivlər onların gələcəkdə iqtisadi səmərə gətirəcəyi ehtimal olunduqda və dəyəri etibarlı şəkildə qiymətləndirildikdə tanınmalıdır; ilkin qiymətləndirmə (maya) dəyər əsasında olmalıdır; sonuncusu isə, əsas uçot metodu xalis qalıq dəyəri olacaq: amortizasiya olmuş, lakin yenidən qiymətləndirilmiş ədalətli dəyər əsasında alternativ yanaşmaya da icazə verən dəyər;̇ standart amortizasiya və yenidənqiymətləndirmə qaydalarını dərindən nəzərə alır; Açıqlanması tələb olunan informasiyalara daxildir: balans dəyərində dəyişikliklərin uyğunlaşdırılması, kapital öhdəlikləri, yenidən qiymətləndirilmiş aktivlərin faktiki məbləğlərinin açıqlanmalı olduğu və qiymətləndirmənin nəticəsində dəyərdəki artım dəyişikliklərinin göstərildiyi öhdəliklərin təmin olunması şəklində müəyyənləşdirilən aktivlər; Müəsssisə bu Standartı 1 yanvar 2005-ci ildə başlayan və ya bu tarixdən sonrakı illik dövlər üçün tətbiq etməlidir.
MUBS (IAS) 17 «İcarə». Standart 1998-ci ilin yanvar ayında qüvvəyə minmiş, 2003-cü ilin dekabrında yenidən işlənmişdir. Standartın məqsədlərinə aşağıdakılar daxildir: maliyyə və fəaliyyət lizinqi müqavilələri arasındakı fərqlər; maliyyə lizinqi bütün riskləri və mənfəətləri əsaslı surətdə icarədara ötürür; malliyyə lizinqi əsasında zərərlər ədalətli dəyərdən və icarə ödənişlərinin cari dəyərindən aşağı dəyərdə maliyyələşməlidir; icarəyə götürülmüş aktivlərin faydalı istismar müddəti, amortizasiyası hesablanmalıdır.; icarədar fəaliyyətdə olan icarə üzrə xərcləri/ödənişləri göstərməlidir. Müəssisə bu Standartı 1 yanvar 2005-ci ildə başlayan və ya bu tarixdən sonrakı illik dövrlər üzrə tətbiq etməlidir. Standart 01.01.2019-ci il tarixinədək qüvvədə olub. Həmin tarixdən İFRS 15 standartı ilə əvəz edilib.
MUBS (IAS) 18 «Gəlir». Sonuncu düzəlişlər 2010-cu ilin oktyabr ayında edilmişdir. Standartın məqsədinə gəlirlərin tanınması zamanlarının müəyyənləşdirilməsi daxildir. Gəlirlər nə zaman tanınmalıdır: mülkiyyət hüququ ilə bağlı əhəmiyyətli risklər və mənfəətlər alıcıya ötürüldükdə; mülkiyyətin idarə olunması ilə bağlı nəzarət itirildikdə; Gəlirin məbləği etibarlı şəkildə qiymətləndirilə bilməlidir; müəssisəyə iqtisadi mənfəətin gəlməsini gözləmək olar; əməliyyatla bağlı xərclər etibarlı şəkildə qiymətləndirilə bilər; gəlirlər və əlaqədar xərclər razılaşdırılmalıdır; faiz və dividend gəlirləri də nəzərə alınmalıdır. Bu beynəlxalq maliyyə hesabatı standartı 1 yanvar 1995-ci il tarixindən 01.01.2018-ci il tarixinədək əhatə edən dövrlər üzrə qüvvəyə malikdir. Həmin tarixdən İFRS 15 standartı ilə əvəz edilib.
MUBS (IAS) 19 «İşçilərin mükafatlandırılması». Sonuncu düzəlişlər 2011-ci ilin iyun ayında edilmişdir. Standartın məqsədləri: əmək fəaliyyətlərinin bitməsi ilə bağlı işçilərin mükafatlandırılmasına təqaüdlər daxildir. Standartın məqsədləri aşağıdakılar üzərində cəmləşir: müəyyənləşdirilmiş yardım (təzminat) planları; müəyyən edilmiş ödənişlər üzrə pensiya planı; işçilərin digər mükafatlandırılmaları.
MUBS (IAS) 20 «Hökumət subsidiyalarının mühasibat uçotu və dövlət yardımı haqqında məlumatın açıqlanması». Standadrt 1983-cü ildə təqdim edilmiş, sonuncu düzəlişlər 2011-ci ilin iyun ayında edilmişdir. Standartın məqsədlərinə aşağıdakılar daxildir: subsidiyalar kapital hesabına kreditləşdirilməməlidir. Gəlir bu şəkildə tanınmalıdır ki, kompensasiya etdiyi xərcləri qarşılaya bilsin; aktivlərlə bir başa əlaqəsi olan subsidiyalar ya ilkin dəyərdən çıxılmalı, ya da təxirəsalınmıış gəlir kimi uçota alınmalıdır.