Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM), Azərbaycan İqtisadçılar İttifaqının və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2019-cu il 10-12 oktyabr tarixlərində “Mühasibat uçotu və audit: müasir çağırışlar” mövzusunda Bakıda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən “Mühasiblərin və Auditorların VI Avrasiya Forumu” keçirildi. Forumda 20...
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlılığının artırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən sentyabrın 12-də “Maliyyə hesabatları və təhlili” mövzusunda təlim keçirildi. Təlimdə APFM MHBS Komitəsinin sədri Kəmaləddin Quliyev tərəfindən mövzu üzrə təqdimat keçirildi, sahibkarları maraqlandıran suallar cavablandırıldı....
APFM rəsmi olaraq Peşəkar Mühasib Təşkilatı statusuna layiq görülmüşdür! Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) rəsmi olaraq Peşəkar Mühasib Təşkilatı statusuna layiq görülmüşdür! Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 may 2019-cu il tarixli 204 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası"nın 2.2 bəndinin tələblərini yerinə yetirərək, Maliyyə Nazirliyinin 26...
Həmişə ilklərə imza atan APFM ilk Peşəkar Mühasib Təşkilatı kimi ilk Komitə iclasını keçirdi. İclasda Komitə üzvləri tərəfindən növbəti payız sessiyası üzrə təlimlər, tədris proqramları, PMS-na hazırlıq prosesinin təşkili və həmçinin "Mühasiblərin və Auditorların VI Avrasiya Forumu" na hazırlıq işləri ilə bağlı məsələlər müzakirə olundu....
APFM kollektivi yeni Aksiom Tədris Mərkəzinin açılış mərasimində iştirak etdi. Həmçinin tədbirdə APFM və Tədris mərkəzi arasında Əməkdaşlıq Memorandumu da imzalandı və Mərkəz Assosiasiyanın tədris şəbəkəsinə daxil oldu. Bu münasibətlə Aksiom Tədris Mərkəzinin rəhbəri- APFM tələbəsi və üzvü -Əfqan Səfərlini və bütün kollektivi ürəkdən təbrik edir, xeyirli olsun deyirik və uğurlar arzu edirik! Bu arada həmçinin APFM tədris şəbəkəsinə daxil olan...
22 may 2019-cu il tarixində “Mühasiblərin və Auditorların Peşəkar Təşkilatlarının Avrasiya Konfederasiyası” nın yaradılmasına dair saziş imzalandı 22 may 2019-cu il tarixində Avrasiya regionunun müxtəlif ölkələrinin peşəkar mühasib və auditor təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi çərçivəsində APFM-in də daxil olduğu regional qrupun – “Mühasiblərin və Auditorların Peşəkar Təşkilatlarının Avrasiya Konfederasiyası” nın...
27-28 aprel 2019 tarixlərində Şamaxı şəhərində APFM üzvləri üçün çox maraqlı tədbir keçirildi Tədbirimizin proqramına əsasən mühasibat uçotu və vergi qanunvericiliyinə dair aktual mövzular üzrə maraqlı peşəkar söhbətlər aparıldı, praktiki qrup məşğələləri, biznes-oyunlar, breyn-rinq yarışması, debatlar eləcə də Şamaxı rəsədxanasına ekskursiya və gəzinti təşkil olundu. APFM komitə üzvlərinin təqdimatları yüksək qiymətləndirildi. Sonda ilk...
Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası 2019-cu il 10-12 oktyabr tarixlərində “Mühasibat uçotu və audit: müasir çağırışlar” mövzusunda birgə Bakıda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən “Mühasiblərin və Auditorların VI Avrasiya Forumu”nu keçirməyi nəzərdə tutur. Forumun təşkilində əsas məqsəd...
Bu gün APFM- tədris mərkəzində növbəti dəfə sevincli anlar yaşandı, IAB Beynəlxalq mühasibat uçotu “Level 4” və “DİP İFR AZ” üzrə kursları müvəffəqiyyətlə başa vurmuş və imtahanlarda yüksək nəticələr göstərən bir qrup tələbə diplomlarla təltif olundular. APFM rəhbərliyi və proqramın təlimçiləri məzunları təbrik etdilər. Diplomlara layiq görülmüş bütün tələbələrimizi təbrik edirik! Təltif ounan xanım tələbələr üçün isə bu ikiqat bayram...
Bu gün SOCAR Tower-də Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası –APFM-in təşkilatçılığı ilə SOCAR- ın maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərinə 2019-cu ildə Vergi qanunvericiliyində qüvvəyə minmiş dəyişikliklərə həsr olunmuş seminar keçirildi. Seminar APFM-in "MHBS və Qanunvericilik" komitəsinin üzvü Azər Qənbərovun təqdimatında aparıldı. İştirakçılara dəyişikliklər barədə geniş məlumat verildi, onları maraqlandıran...
2025 © Bütün hüquqlar qorunur.
Site by «OKmedia»