ICFM və CIMA (idarəetmə uçotu üzrə mütəxəssislər hazırlayan böyük beynəlxalq assosiasiya) öz diplomlarının qarşılıqlı tanınması barədə razılığa gəldilər.
Beləliklə, ICFM “Xərclərin və istehsal maya dəyərinin uçotu ” və “İdarəetmə uçotu və qərar qəbuletmə” modulları üzrə diplomlara sahib olan namizədlər CIMA P1 imtahanından azad olunurlar. Eləcə də, ICFM CIMA diplomlarını tanıyır və “Biznesin səmərəliliyinin idarəedilməsi” diplomuna sahib olan namizədlərə iki imtahandan azad olma hüququ verir.
Hər iki qurum bu qərarın effektivliyini yüksək qiymətləndirir və maliyyə mütəxəssislərinə yeni karyera zirvələri əldə etmək üçün vaxt ehtiyatlarına qənaət etmələri üçün geniş imkan yaradır.
Həmçinin Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun (ICFM) diplomları Rusiya Federasiyasında rəsmi olaraq "Daxili Auditor" və "Daxili Nəzarətçi" peşəkar standartlarına uyğun olaraq peşə imtahanı kimi tanınacaq.
12 Noyabr 2020-ci il tarixindən etibarən Rusiya Federasiyası Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş “ Daxili auditor” və “Daxili nəzarətçi” peşəkar standartlarına uyğunluğuna görə ICFM (Professional Internal Auditor Diploma) diplomları həmin peşə imtahanlarının nəzəri və praktik hissəsindən azad edəcək.
Bu barədə http://icfm.ru veb saytından daha ətraflı məlumat əldə edə bilərsiniz.
ICFM ailəsinin üzvü kimi bu xəbərə biz də ürəkdən sevinirik, ICFM Rusiya nümayəndəliyini təbrik edirik və həmkarlarımıza daha böyük nailiyyətlər arzu edirik.
ICFM-in regionda fəaliyyətinin genişləndirilməsi- mühasibat, maliyyə, daxili audit sahəsinin inkişafına müsbət təsir göstərir və ümumilikdə mühasib, maliyyə meneceri və audit peşələrinin inkişafına böyük töhfədi.
APFM və ICFM 2007-ci ildən sıx əməkdaşlıq edir, Azərbaycanda da ICFM-in müxtəlif modulları üzrə kvalifikasiya imtahanları keçirilir və mütəxəssislərimiz beynəlxalq statuslu diplomlara yiyələnirlər.
“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın 2.8.5 bədninə əsasən «MHBS üzrə peşəkar mühasib sertifikatı»nı və ya «KOS Subyektləri üçün MHBS üzrə peşəkar mühasib sertifikatı»nı əldə etmək üçün müraciət etmiş namizədlər Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM-Institute of Certified Financial Managers) – “Diploma in IFRS” malik olduğu halda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir.
İnstitutun mütəxəssisləri tərəfindən hazırlanmış proqramlar biznesdə təkcə bu günki deyil sabahın da yüksək standartlarına və tələblərinə cavab verir.