Tədris proqramları
Professional Maliyyə Meneceri Diplomu

Modul 3: Daxili Audit- Professional Internal Auditor Diploma

Bu proqramı təqdim edən Institute of Certified Financial Managers (ICFM)-www.icfmglobal.com dünyanın ən iri mühasibat təşkilatı olan ICB Global və Kommersiya İnstitutu (Institute of Commerce) tərəfindən yaradılmışdır. Britaniya Kral ailəsinin nümayəndəsi - Zati Aliləri Prins Maykl Kent – ICFM-in patronu elan edilmişdir. ICFM kvalifikasiyaları demək olar ki bütün inkişaf etmiş ölkələrdə təqdim olunur (95 ölkə) Baş ofis Londonda yerləşir. İnstitutun mütəxəssisləri tərəfindən hazırlanmış proqramlar biznesdə təkcə bu günki deyil sabahın da yüksək standartlarına və tələblərinə cavab verir. ICFM rəsmi olaraq Böyük Britaniyanın Xəzinədarlığı tərəfindən tanınır, Heraldiki Kral evinin qerbinin istifadəsinə rəsmi icazəsi var. ICFM-in sədrləri kiçik və orta biznes üçün Parlament Qrupunun müşaviridir. ICFM proqramları Avropanın bir çox ölkələrində, Avstraliyada, Yeni Zelandiyada, Filippində rəsmi dövlət imtahanları siyahısına salınmışdır. Diplom almış mütəxəssislərin sayı hər il 3000 nəfərə çatır ICFM-in kvalifikasiyaları milli dövlət qurumları tərəfindən tanınmaqda davam edir. Azərbaycanda ICFM-in "Professional Maliyyə Meneceri" proqramı üzrə tədris və imtahanlar keçirilir. Proqram 4 modulu əhatə edir:

Modul 1: Beynəlxalq Maliyyə Hesabatları Standartları- International Financial Reporting Standards
Modul 2: Maliyyə Menecmenti- Financial Management and Financial Analysis Diploma
Modul 3: Daxili Audit- Professional Internal Auditor Diploma
Modul 4: HR Menecment- Human Resources Management Diploma

Hər bir modulu bitirdikdən və imtahanı müvəffəqiyyətlə verdikdən sonra dinləyiciyə həmin modulun Diplomu, tam kursu bitirdikdən sonra isə Professional Maliyyə Meneceri Diplomu təqdim olunur

Tədris prosesi: (1 modul üçün)
Müddəti: 3 ay ( 50 saat)
Yoxlama işlərinin yerinə yetirilməsi 3 saat davam edən yazılı imtahan
Tədris və imtahan dili: Azərbaycan, rus

Proqram
Modul 3: Daxili Audit- Professional Internal Auditor Diploma


1-ci bölmə: Daxili nəzarət və Audit
Daxili audit anlayışı.
Daxili auditin yeri və daxili nəzarət sistemi. Daxili auditin məqsəd və vəzifələri.
Funksiyaları və fəaliyyət prinsipləri.Keyfiyyət göstəricilərinin standartları (Attribute standarts)
Daxili audit şöbəsinin fəaliyyətinin iqtisadi effektivliyinin qiymətləndirilməsi

2-ci bölmə: Daxili auditin reqlamentasiyası
Daxili auditin beynəlxalq standartları. Daxili auditorların profesional etikası məcmusu.
Auditor fəaliyyətinin federal standartları.Yerli sənədlər-daxili audit xidməri təminatı.
Auditor komitəsi təlimatı,idarələrdə daxili audit standartları

3-cü bölmə: Fəaliyyət standartları Performance Standarts).Daxili auditin keçirilməsi mərhələləri
«Daxili Audit »funksiyasının idarə. Auditor vəzifələrinin planlaşdırılması
Siyasət və prosedurlar. Korporativ idarəetmə. Auditor işinin proqramı.
İnformasiya məcmusu. Analiz və qiymətləndirmə.
İnformasiyanın sənədləşdirilməsi. Auditor işinin yerinə yetirilməsinə nəzarət.
Hesabatların təqdim olunması(PS2400). Hesabatlarin kriteriyaları.
Hesabatların keyfiyyəti.(PS 2500)